İRNA-nın Bağdaddan verdiyi xəbərə görə, səfərdə general-mayor Baqirini bir qrup yüksək rütbəli hərbi və siyasi rəsmilər müşayiət edəcək.
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi 3 günlük səfəri çərçivəsində İraqın baş naziri və prezidenti də daxil olmaqla, ölkənin ali siyasi-hərbi rəsmiləri ilə görüşəcək.
Terrorla mübarizə məsələsi, regionda baş verən hadisələr, ikitərəfli müdafiə əlaqələri və sərhəd əməkdaşlığı general-mayor Baqirinin İraq rəsmiləri ilə görüşlərinin əsas mövzuları arasında olacaq.
Sizin rəyiniz